Qapalı Sahə Nədir?
Hər il dünyada müxtəlif istehsalat sahələrində mürəkkəb qurğulardan tutmuş saxlanma çənlərinədək qapalı sahələrdə çoxlu sayda insan tələf olur. Bundan əlavə, bir çox insanda ciddi xəsarət alır. Ölənlərin sırasına təkcə qapalı sahədə çalışanlar deyil, həmçinin onları xilas etməyə çalışan, lakin xüsusi təlim keçməmiş və müvafiq avadanlığa malik olmayan şəxslər (60%-dək) də daxildir. Təhlükəsiz İş Sisteminin tələblərinə görə Qapalı Sahədə işləri icra etmədən öncə Fövqəladə Hallar zamanı Xilasetmə planı (Təxliyyə planı) hazırlanmalı və Xilasetmə işləri yalnız təlim keçmiş işçilər tərəfindən həyatat keçirilməlidir.
G&I Training Academy sizlərə nəzəri və praktiki olaraq Qapalı Sahədən Xilasetmə (Confined Space Rescue) Təlimi təklif edir.
Təlimin Məqsədi: Qapalı Sahədə xilasetmə işlərini həyata keçirən şəxslərin (xilasedicilərin) bilik və bacarqılarının artırılmasıdır.
Təlim kimlər üçün nəzərdə tutulub: Qapalı Sahədə işləyənlər və xilasetmə əməliyyatlarına cəlb olunan personal üçün nəzərdə tutulmuşdur.
Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:
Qapalı sahədə təhlükələri
Qapalı sahədə Riskin Qiymətləndirilməsini
Qapalı Sahədən xilasetmə üsullarını
Qapalı Sahədən xilasetmə avadanlıqlarından istifadəni
Qapalı Sahədən zərəçəkmişlərin necə təxliyyə olunmasını
Fərdi Mühafizə vasitələrindən istifadəni
Mövzular:
Giriş / Tanışlıq
Fövqəladə Hallar zamanı tədbirlər
Qapalı Sahə haqqında anlayış
Qapalı Sahədə çalışan İşçilərin və digər səlahiyyətli şəxslərin öhdəlikləri
Qapalı Sahələrdəki təhlükələr
Təhlükəsiz iş sistemi (İşin İcrasına İcazə - Permit To Work -PTW)
Qapalı Sahədə işləmək üçün tələb olunan sənədlər
Təhlükəli atmosfer və atmosfer testi (havanın yoxlanması)
Qapalı Sahə üzrə nəzarət tədbirləri
Enerjinin təcrid olunması
Fövqəladə Hallar və Xilasetmə işlərinin təşkili
Qapalı Sahədə Xilasetmə planı (Təxliyyə planı)
Fövqəladə Hallar Zamanı Xilasetmə Əməliyyatı
Qapalı Sahədən xilasetmə üsulları (Rescue Techniques)
Çağrışa Cavab vermə müddəti (Defining Response Time)
Reaksiya müddəti (Reaction Time)
Əlaqə müddəti (Contact Time)
Müdaxilə (çagırışa cavab) Müddəti (Response Time)
Qiymətləndirmə müddəti (Assessment Time)
Hazırlıq Müddəti (Preparation Time)
Xilasetmə müddəti (Rescue Time)
Qapalı Sahədən xilasetmə avadanlıqlar və onlardan istifadə (Rescue Equipment)
Tənəffüs aparatı (SCBA - Self Contained Breathing Apparatus)
Üçayaqlı dayaqlar (Tripodlar)
Vinçlər (Winches)
Havalandırma Sistemləri (Ventilation Systems)
Fərdi Mühafizə Vasitələrindən istifadə - Kəndirlər və Təhlükəsizlik kəmərləri (Ropes and safety Harness)
Qapalı Sahədən zərəçəkmişlərin təxliyyə olunması
Qapalı Sahədə çalışan işçilərin və digər səlahiyyətli şəxslərin öhdəlikləri
Qapalı Sahədə Xilasetmə komandasının öhdəlikləri - rollar
Nəzəri hissənin qiymətləndirilməsi
Təlimin 2-ci günü praktiki hissə - Qapalı Sahədə Xilasetməni həyata keçirmək
Praktiki hissənin qiymətləndirilməsi
Təlim müddəti: 2 gün / Nəzəri və Praktiki
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: 3 il